Aktrisa ölümcül xəstəlikdən əziyyət çəkir

Aktrisa ölümcül xəstəlikdən əziyyət çəkir
5559 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin teatr və serial aktrisası Yasemin Yalçın ölümcül xəstəliyə düçar olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, tibbdə müalicəsi tapılmayan fibrominyenji (əzələ və sümük xətəliyi) xəstəliyini ucbatından hərəkət edə bilmir.

56 yaşlı sənətçi artıq həkimlərin nəzarəti altındadır. O, 10 ildir ki, bu xəstəliklə mübarizə apardığını deyib:

"Artıq işimi görə bilmirdim. Bir dostum mənə tanış həkimi məsləhət gördü. Həyat yoldaşım və şəkər xəstəsi olan kiçik qızımla birgə müalicə üçün gəldik. İki gündür buradayıq. Özümü daha yaxşı hiss edirəm. Müalicə kursu 10-15 gün davam etməlidir. Gedib, yenə qayıdacağam".

Qeyd edək ki, aktrisa son olaraq keçən il Show TV-də yayımlanan, lakin qısa müddətə ekranlra vida edən "Mihrap yerinde" serialına çəkilib.