Böyrəyini sevgilisinin arvadına verdi, amma... - fotolar

Böyrəyini sevgilisinin arvadına verdi, amma... - fotolar
11974 dəfə oxunub
  • A-
  • A
  • A+

Nevşehirdə bir uşaqları olan Meliha və Mehmet Avcıların xoşbəxt günlərinə təxminən 5 il əvvəl kölgə düşməyə başlayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həmin vaxtdan Mehmet 34 yaşlı Ayşe İmdat adlanan qadınla münasibət qurmağa başlayıb. O, sevgilisini anasının evinə yerləşdirərək onun qulluqçu olduğunu deyib. Meliha isə əsl həqiqəti az sonra öyrənib. Ancaq böyrək xəstəsi olan və dializ müalicəsi görən Meliha daha sonra Ayşeni qəbul edib.

Sağlamlığı gedərək pisləşən qadın üçün uyğun böyrək də ərinin sevgilisində tapılıb. 12 il dializə bağlı yaşayan  Meliha 2011-ci ildə Ayşedən nəql edilən böyrəklə sağlamlığını qaytarıb.

Əməliyyatdan sonra  M.Avcı "Mehmeti paylaşırdıq, indi də böyrəyimizi paylaşırıq" deyib.

Ancaq 8 aydan sonra böyrək iflas etməyə başlayıb. Bədənin qəbul etmədiyi orqan əməliyyatla geri götürülüb. Qadın yenidən dializlə yaşamağa başlayıb. Ardından Mehmet və Ayşe qadını tərk edərək başqa yerə köçüblər. Üç il ərzində onların iki uşağı olub.

Hazırda 18 yaşlı oğluyla birgə yaxınlarının köməyi ilə yaşayan Meliha ikinci böyrək nəqlini gözləyir. O, ərinin və sevgilisinin əməliyyatdan sonra verdiyi sözləri tutmadıqlarını deyib:

"İkisi də sözünün üstündə durmadı. Oğlumla kiçik ev tutduq, 3 ildir orada yaşayırıq".