Plastik əməliyyatlar ən çox bu ölkələrdə edilir

Plastik əməliyyatlar ən çox bu ölkələrdə edilir
2219 dəfə oxunub
  • A-
  • A
  • A+
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyəti - ISAPS dünyanın müxtəlif ölkələrində həyata keçirilən plastik əməliyyatların sayı barədə statistik məlumatları dərc edib.

Axşam.az "Trend"ə istinadən xəbər verir ki, birinci yerdə ABŞ gəlir. 

ISAPS-ın məlumatına əsasən, ötən il Birləşmiş Ştatlarda 4 milyondan çox əməliyyat keçirilib ki, bu da dünyada keçirilən bu cür prosedurların 20 faizini təşkil edir.

İkinci yerdə Braziliya (2 milyon plastik əməliyyat), üçüncü yerdə isə Yaponiya (1,2 milyon plastik əməliyyat) qərarlaşıb.

Maraqlıdır ki, adambaşına düşən prosedurların sayına görə ən böyük göstərici Cənubi Koreyada qeydə alınıb. Bu ölkədə hər min nəfərə 20 əməliyyat düşüb.