Uşaqların saçını pulsuz qırxır, bir şərtlə ki... - fotolar

Uşaqların saçını pulsuz qırxır, bir şərtlə ki... - fotolar
6921 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Ayova ştatından olan Kortni Holms adlı bərbər uşaqların tərbiyəsi üçün maraqlı addım atıb.

Axşam.az adme.ru-ya istinadən xəbər verir ki, Kortni onun yanına gələn hər bir uşağın saçını pulsuz qırxır. Bir şərtlə ki, onlar Holms üçün kitab oxumalıdırlar. Balaca müştərilər müxtəlif kitablardan hər hansı hekayəni, yaxud müəyyən bir hissəni ucadan oxumalıdırlar.

Bununla da Kortni uşaqlarda mütaliəyə həvəs oyadır.

Əvəzində isə gənc müştərilər gözəl saç düzümünə sahib olurlar.