Nərgiz Cəlilova ad gününü qeyd etdi

Nərgiz Cəlilova ad gününü qeyd etdi
2735 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Nərgiz Cəlilova ötən gün ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, Nərgiz xanım ilk təbriki “Qrand 2012” mükafatının təqdimetmə mərasimindən sonra dostlarından alıb.

Gecənin aparıcılığını edən Nərgiz Cəlilovanı Valeri və Vadim qardaşları, əməkdar artist Ədalət Şükürov, Murad Dadaşov təbrik edib, onun şərəfinə tort gətiriblər.

Aparıcı dünən həmçinin rəfiqələriylə birgə doğum gününü keçirib. Onlar arasında yazıçı Günel Anarqızı və model Günay Musayeva da yer alıb.

Qeyd edək ki, Nərgiz Cəlilovanın 53 yaşı tamam olub.