Rozanı 13 kiloqram arıqladan pəhrizi

Rozanı 13 kiloqram arıqladan pəhrizi
11626 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli arıqlamağının sirrini açıb.

Axşam.az-ın “a24.az”a istinadən xəbərinə görə, sənətçi onu 13 günə 13 kiloqram arıqladan pəhrizindən bəhs edib:

“6-7 kilo kökəlmişdim. İndi ciddi pəhriz saxlayıram. Kələmi doğrayıram, əzirəm, üzərinə zeytun yağı əlavə edirəm. Duz və şəkəri qida rasionumdan çıxarmışam. Gün ərzində kompot içirəm. Onu isə 2 çay qaşığı zəncəfil, sürtgəcdən keçirilmiş xiyar, limon, su, 1 çay qaşığı da baldan hazırlayıram. Bunu su əvəzi qəbul edirəm. Sellülit və qarındakı piylərin əriməsinə kömək olur. Səhər yuxudan duran kimi 1 stəkan su, az sonra isə qəhvə içirəm. Ardından isə 1 xiyar, 1 pomidor və 1 yumurta qəbul edirəm. Bu pəhrizlə 13 günə 13 kiloqram arıqlamaq mümkündür.
Gecələr tez yatıram ki, aclığı hiss etməyim. Mən əslində yeməkdən kökəlmirəm, vaxtsız yatıb-durmaqdan çəkim artır”.