76 kiloqram arıqlayan azərbaycanlı rejissor - fotolar

76 kiloqram arıqlayan azərbaycanlı rejissor -  fotolar
14775 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir Türkiyədə yaşayan klipmeyker Zöhrab Ağayev (Zorik) xalq artisti Aygün Kazımovanın konsertinə qatılıb.

Axşam.az fotokamerası qarşısına keçən Zorik şəkillər çəkdirib.

O, arıqlamasından da bəhs edib:

“160 kiloqram idim. 76 kiloqram atmışam. İndi 84 olmuşam. Hədəfim 70-ə düşməkdir. Bakıya Aygün Kazımovanın konserti üçün gəlmişəm. İstanbula köçüb, orada yaşayıram. Rejissorluq üzrə təhsil alıram. Bura qayıtmağı düşünmürəm. Şou-biznesdən uzaq qalmaq gözəldir. Mənə ailəmdən və sevgilimdən başqa heç kim maraqlı deyil. Həyatımda bu qədər xoşbəxt olmamışdım”.