Günel Elzanın cavabını verdi

Günel Elzanın cavabını verdi
2980 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə İstanbuldan qayıdan müğənni Azəri qızı Güneldən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında  Elçin Cəfərovdan mahnı aldığını deyib:

“Çox gözəl mahnıdır. Budəfəki gəlişimdə həmin bəstəni ifa etdim. Ona klip də çəkəcəyəm. Qardaşım Tunarla bir layihə üzərində işləyirik. Hələ ki, yarımçıq qoymuşam. Çünki tam fərqli və uzun vaxt aparacaq işdir”.

Günel əməkdar artist Elza Seyidcahanın “Günel mənim tələbəm olub” sözünə də cavab verib:

“Heç kim mənim müəllimim olmayıb. Yalandan deməsinlər ki, Günelə dərs demişəm. Əgər Günelə dərs demisənsə, onda necə belə qəşəng oxuyuram? Buradan gedən kimi arxamca danışmağa başlayırlar. Mənim reklam qazanacaq halım yoxdur. Lazımı qədər tanınıram. Son vaxtlar Türkiyədə efirlərə çıxmamağımı söz ediblər. Əgər heç yerdə görünmürəmsə, bu, öz istəyimdir. Gözləyirəm ki, yeni albomum çıxsın. İndi gedib nə danışacağam? Gecə klublarından çıxanda görüntülənmək mənə yaraşmaz. Əgər bu uğuru qazanıb ora gedib çıxmışamsa, məni dəstəkləyin, baltalamayın”.

Müğənni son vaxtlar toyu ilə bağlı yayılan söhbətlərə də son qoyub:

“Toyum yaxın günlərdə olacaq. Həmin toya sizi dəvət edəcəyəm, hər şeyi olduğu kimi çəkib verərsiniz”.