Milli qəhrəmanımız İstanbulda mükafatlandırıldı (Fotolar)

Milli qəhrəmanımız İstanbulda mükafatlandırıldı (Fotolar)
1927 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbul Bayrampaşa Bələdiyyəsinin, Bultürk dərnəyi və “Türkiye Universitetleri Mezunları” İctimai Birliyinin (TUMIB) təşkilatçılığı ilə İstanbulda Bayrampaşa Kültür Mərkəzində Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynovla Türkiyə mediası və geniş ictimaiyyətinin görüşü keçirilib.

Axşam.az-ın məlumatına görə, görüşdə Azərbaycanın İstanbuldakı konsulluğunun əməkdaşları və Bayrampaşa bələdiyyə başqanı iştirak edib, milli qəhrəmanımızı xüsusi ödüllə mükafatlandırıblar.

Qəhrəmana həsr olunan türkdilli filmin nümayişindən sonra yerli ulduzlarımızın ifaları və çıxışları yer alıb. Ödülləndirmə gecəsində xalq artisti Brilliant Dadaşova, müğənni İradə İbrahimova, vizajist Nigar İbrahimova, Azəri Günel, "TMB" kanalında aparıcı kimi fəaliyyət göstərən Elyanə Əhmədova iştirak ediblər. İradə İbrahimova qəhrəmana “İgidim” mahnısını həsr edib və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Asala terror təşkilatının başçısı Monte Melikoyanı öldürən İbad Hüseynovun başına 12 milyon pul qoyduğundan, sözügedən tədbir xüsusi güvənliklə qorunub.