Acgözlüyə son!

Acgözlüyə son!
3385 dəfə oxunub
  • A-
  • A
  • A+
Yay aylarında dəhşətli aclıq hiss edib, nə yeyəcəyinə qərar verə bilmirsən. Maraqlı, eyni zamanda damaq dadına uyğun bir təam axtarırsan. Nə gəldi yeyirsən, amma yenə də görürsən ki, bu, sənin istədiyin dad deyil. Beləcə, boş yerə kökəlirsən. Bu niyə belə olur?

Axşam.az xarici KİV-ə istinadən səbəbi təqdim edir:

Orqanizmə bir müddət şirin və ya çox yağlı qida daxil olanda leptit hormonun funksiyası güclənir. Bu zaman hormon özündən zülal yaradır. Zülal isə piy qatları əmələ gətirir. Bədəndə piy artdıqja, şirniyyata və yağlı yeməklərə daha çox tələbat yaranır. Əgər acgözlüklə yeməyə hücum çəkirsənsə, bil ki, leptit
hormonun funksiyası güclənib.

Bunun qarşısını almaq üçün ən azı 3 gün dözüb, şirin və yağlı yeməkdən tamamilə imtina etməlisən. Düz 3 gündən sonra hormonun funksiyası zəifləyəcək və arıqlama prosesi sürətlənəcək.

Yayda şirniyyatı dondurma ilə əvəz etsən, həm leptitin funksiyasını tənzimləyərsən, həm də öz tələbatını ödəmiş olarsan.