İkebana - güllərin əbədi həyatı

İkebana -  güllərin əbədi həyatı
1403 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu incəsənət növü XV əsrdə Yaponiyada yaranıb. Mənası «canlı həyat» deməkdir. İlk vaxtlar dini xarakter daşıyıb, kilsələrdə istifadə olunsa da, sonradan hədiyyə olaraq insanların zövqünü oxşamağa başladı. İlk baxışdan ikebana düzəltmək asan iş təssüratı yaradır. 

Axşam.az xarici KİV-ə istinadən ikebana ilə bağlı maraqlı faktlar təqdim edir:

Güllər insanların prototipidir

Müxtəlif güllərin, yarpaqların, budaqların bir-biri ilə uzlaşdırılması maraqlı və isti ovqat yaradır. Bununla güllərə canlı görünüş verilir. İkebananın əsas məqsədi çiçəklərin gözəlliyini təbiətdə olduğu kimi qoruyub saxlamaqdır.

Yaponiyada və başqa ölkələrdə bu incəsənət növü ilə əsasən qadınlar məşğul olurlar. Çünki ikebana düzəltmək insanda səbr, incəlik, fantaziya və zövq tələb edir.  Bizim ölkədə isə daha çox ikebana düzəldən kişilərə rast gəlirik.

İkebananın öz qayda-qanunları var

Gülü yan-yana qoymaqla ikebana alınmaz. Gərək burada bir-birinə uyğun olan rəngləri, hansı gülün hansı yarpağı sevdiyini biləsən.

İkebana həm qurudulmuş, həm də canlı təbii güllərdən hazırlanır. Əsl ikebananı düzəldəndə 1 və ya ən çox 3 güldən istifadə olunmalıdır. İkebana bastırıq olmur.

İkebana 3 əsas elementi özündə birləşdirir. Bəzi inanclara görə, onlar göyü, yeri və insanı, digər əfsanələrə görə isə günəşi, ayı və ulduzu simvolizə edir.

Hər ikebananı evdə saxlamaq olmaz

Ta qədim zamanlardan insanlara məlumdur ki, qurudulmuş gülləri evdə saxlamaq yaxşı deyil. Hər güldən ikebana düzəltmək də olmur. Bəzi güllərin qurudulmuş forması evə pis aura verir. Buna görə də gülün mənasını bilmək vacibdir. İkebana düzəldən zaman sırf güldən yox, digər rəmzi bitkilər, ən çox da xavea, manstrea kimi bitkilərdən istifadə olunur.

Evdə ikebana düzəltmək üçün:

Bu o qədər də asan deyil. Əvvəlcə gülü qəzetə büküb, gün şüasının düşdüyü yerə, hündür yerdən başıaşağı şəkildə asın. Gülləri tək-tək asmaq lazımdır. Özü də qurudulan gül təzə olmalıdır. Gündə bir dəfə qəzeti açıb, havaya verin ki, gül kiflənməsin. Gül tam quruduqdan sonra ondan istifadə edərək, öz zövqünüzə uyğun ikebana düzəldə bilərsiniz.
 
Qeyd edək ki, bu cür hazırlanan ikebananın ömrü çox da uzun olmur. Çünki qurudulan zaman gülə kimyəvi maddələr vurulmadıqda o, ovulub tökülür. Buna görə də hazırladığınız ikebananı evdə çox saxlamayın. Onu nə qədər xoşlasanız da…