"Titanik"in menyusu hərraca çıxarılır - foto

"Titanik"in menyusu hərraca çıxarılır -  foto
3160 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi “Titanik” gəmisi bir əsr bundan əvvəl batmasına baxmayaraq, hələ də özünə diqqət çəkməyi bacarır.

Axşam.az “The Guardian”a istinadən xəbər verir ki, Amerikanın “İvaluable” auksion evi sentyabrın 30-da gəmidə edilmiş sonuncu qəlyanaltının menyusunu hərraca çıxaracaq.

14 aprel, 1912-ci ildə batmış gəminin menyusuna qrildə bişirilmiş qoyun əti, krevet, duzlanmış ət, pudinq və bir neçə pendir növü daxildir.

Menyunun birinci sinif sərnişin, gəmidən sağ xilas ola bilən Avraam Linkoln Salomon tərəfindən xilas edildiyi deyilir.

Lotun dəyəri 50-60 min dollar dəyərində olacaq. Lakin hərrac zamanı qiymətin qalxacağı istisna edilmir.