Xəstəliyi modellik etməsinə mane olmadı - fotolar

Xəstəliyi modellik etməsinə mane olmadı - fotolar
4234 dəfə oxunub
  • A-
  • A
  • A+
Melani Qaydos diş, dırnaq, saç və sümük inkişafına mane olan, genetik xəstəlik ektodermal displaza daşıyıcısıdır.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, bu səbəbdən çirkin görünüşə malik olan gənc qız buna baxmayaraq, özünə uğurlu kareyra qura bilib.

Model kimi fəaliyyət göstərən Melani podiumlara da çıxır. O, narahat olduğu üçün parik və protez diş taxmaqdan imtina edir.

Hazırda incəsənət sahəsində təhsil alan Melani “Həmişə həyatımda böyük işlər görməyi, televiziyalara çıxmağı istəmişəm” deyib. Müğənni Mayli Sayrusun da heyranı olduğu Qaydos rəfiqəsinin məsləhəti ilə modellik karyerasına başladığını bildirib. O, ilk təklifin ispan fotoqraf Eugenio Recuenco tərəfindən edildiyini söyləyib.

Melani öz görünüşü haqda isə bu fikirdədir:

“Xəstəliyim məni narahat etmir, amma bəzən kənardan xarici görünüşümlə bağlı deyilənlər qəlbimi qırır”.