“Xəyanətə necə dözə bilərdim?” - Aygün

“Xəyanətə necə dözə bilərdim?” -  Aygün
1985 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova dostlarının xəyanətindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Space” telekanalında yayımlanan “Plyus-minus” verilişinə açıqlamasında onun adından açıqlama verənlərə səslənib:

“Kimsə mənim adımdan çıxıb danışmasın. Çünki özüm hər şeyi olduğu kimi sizlərə çatdırıram. Niyə kimsə sözlərimi aranjiman edib yaymalıdır? Güya mən dostlarımı öyrətmişəm ki, mənə dəstək olsunlar. Faq Ağayev, Nisə Qasımova çox sevdiyim insanlardır, mən onların qəlbindəyəm. Mənim kimisə öyrətməyə ehtiyacım yoxdur.

Son vaxtlar depressiyaya düşməyimin səbəbi dost xəyanəti oldu. Paxıllığımı çəkənlər nə çox imiş. Mən insanam, ürəyim var, sevdiklərim var... Dost bildiyim, sevdiyim insanların xəyanətinə necə dözə bilərdim? O qədər hadisələrdən sonra çıxıb gülməliyəm? Onda demək mən artistlik edirəm də... Çox şükür ki, indi hər şey yoluna düşdü”.