“Mənə baxıb geyinməyi öyrənsinlər” – Elza

“Mənə baxıb geyinməyi öyrənsinlər” –  Elza
1355 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər zaman fərqli imici ilə diqqət çəkən əməkdar artist Elza Seyidcahan həmkarlarına məsləhət verib.

Müğənni Axşam.az saytına açıqlamasında sənətçilərin sadə geyimdə səhnəyə çıxmalarını qınayıb:

“Səhnəyə çıxanda hər zaman qeyri-adi görünüşə üstünlük verirəm. Uşaqlıqdan məndə belə həvəs var. Əsl müğənni fərqli imicdə olmalıdır. Mən bəzi sənətçilərin “biz sadəliyə üstünlük veririk” sözlərini qəbul etmirəm. Səhnə müqəddəsdir, onu adiləşdirməməliyik. 60-80-ci illərə nəzər salsaq görərik ki, həmin vaxt ulduzlar maraqlı görünüşləri ilə necə diqqət çəkiblər. Mən həmin ənənəni davam etdirirəm. Qoy, digər müğənnilər də mənə baxıb yaxşı mənada öyrənsinlər, bir az imiclərinə əl gəzdirsinlər”.