Zamiq: "Mənim seçdiyim xanım ..." - fotolar

Zamiq: "Mənim seçdiyim xanım ..." -  fotolar
4309 dəfə oxunub
  • A-
  • A
  • A+
“Subaylığın daşını atmaq lazımdır. Amma bu mənim üçün çox önəmli hadisədir. Gərək elə xanım seçim ki, ömür boyu onunla bir evdə yaşaya bilim”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. O, toya hazırlaşan həmkarı Xəyyam Nisanov və meyxanaçı Namiq Qaraçuxurludan bəhs edib:

“Sevinirəm ki, dostlarımın toyudur. Onlar xoşbəxt olmağa layiq insanlardır. Bir ara xəbər çıxdı ki, mənim də toyumdur. Amma hələ belə addım atmamışam. Evlənmək ciddi məsələdir. Ailədə tələsdirirlər deyə, bunu tez edə bilmərəm. Mənim seçdiyim xanım gözəl olmaya bilər. Amma daxili aləmi təmiz və gözəl olmalıdır. Elə qızlar var ki, qəşəng deyil. Amma onunla söhbət edəndə elə gözəl danışır, hərəkət edir ki, deyirsən, bu əsl xanımdır. Mən belə xanımlara üstünlük verirəm”.

Z.Hüseynov yaradıcılıq yeniliklərindən bəhs edib:

“Yaxın günlərdə “Yağış” adlı mahnıma klip çəkdirəcəm. Çox sevdiyim bir bəstədir. Rejissorluğunu Samirə Xasməmmədovaya həvalə edəcəm. Bu ilin sonuna kimi solo konsert verəcəm”.

Foto: Ramin ASLANOV