Bu məktəbli formaları sağlamlıq üçün təhlükəlidir - Valideynlərin nəzərinə

Bu məktəbli formaları sağlamlıq üçün təhlükəlidir - Valideynlərin nəzərinə
2074 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində başqasının əmtəə nişanı vurulmuş məktəbli formaları satan mağazalar aşkar edilib.

Axşam.az-ın Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan şikayət məktubu əsasında Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən “Karvan” ticarət mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Ucuzluq” mağazasında, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı adı çəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və “Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış”BTE” əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir.