Azərbaycan Frankfurt Türk Film Festivalına qatılacaq

Azərbaycan Frankfurt Türk Film Festivalına qatılacaq
575 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 2-də 9-dək Almaniyanın Frankfurt şəhərində 15-ci Frankfurt Türk Film Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Anadolu agentliyinin yaydığı xəbərdə bildirilib ki, festivalda 30 filim nümayiş olunacaq. Bu filmlərin, həmçinin məhbuslara və şagirdlərə təqdim olunacağı da gözlənilir. Festival çərçivəsində sərgilər, konsertlər və bir sıra film yarışmalarının keçirilməsi də nəzərdə tutulub. Azərbaycan və Yunanıstanın qonaq ölkə kimi təmsil olunacağı builki festivalda qalib 3 ekran əsərinə və rejissoruna "Qızıl Alma" nominasiyasında mükafatlar təqdim ediləcək.

Frankfurt Türk Film Festivalının direktoru Hüseyn Sıtkı bildirib ki, festival ölkələr arasında kino mədəniyyətinin qarşılıqlı inkişafı və bu istiqamətdə əməkdaşlığa zəmin yaratmaqla yanaşı, həm də ölkələr arasında qardaşlıq körpüsünü möhkəmləndirir.

Mədəniyyətlərarası Transfer Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək festival tanınmış türk aktyorları Ezgi Mola və Murat Yıldırımın baş rollarda çəkildiyi "Kocan kadar konuş" filmi ilə açılacaq.

Qeyd edək ki, bu ilki festivalın əvvəlkilərdən daha da fərqli keçiriləcəyi bildirilir. (AzərTac)