"Mənə pislik edib, evimi yıxana..." - Nahidə Orucova

"Mənə pislik edib, evimi yıxana..." - Nahidə Orucova
2196 dəfə oxunub
  • A-
  • A
  • A+
“Özümü şirindil xanım hesab edirəm. Çünki mən insanları sevirəm və hər kəslə mehriban davranıram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Nahidə Orucova deyib:

“Hamıyla gözəl münasibətdə olmağa çalışıram. Acıdil insanları xoşlamıram. İnsan nə qədər şirindil olsa, qarşısındakı ilə səmimiyyət yaranar. Mənə pislik edib, evimi yıxana belə gülürəm. Düşmənimi gülə-gülə məğlub edirəm. Valideynlərim mənə belə tərbiyə verib. Pisliyə pisliklə yox, yaxşılıqla cavab vermək lazımdır. Acıdil insanlarla ünsiyyət qurmuram. Çalışıram elələrini görəndə məkanı tərk edim. Artıq illərdir mən neqativ aurası olan insanları ətrafımdan uzaqlaşdırmışam".