Bade İşcilin bu müsahibəsi məhkəmədə dəlil oldu - video

Bade İşcilin bu müsahibəsi məhkəmədə dəlil oldu - video
3798 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Bade İşcil 2013-cü ildə ailə qurduğu Malkolç Süalpla məhkəmə davası davam edir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Süalpdan oğulları Azur üçün 40 min lirə, özü üçün də 40 min lirə olmaqla toplam 80 min lirə (təxminən 30 min manat) təzminat istəyən Badenin bu tələbi rədd edilib.

Hakim qərarı əsaslandırmaq üçün M.Süalpın məhkəməyə dəlil olaraq təqdim etdiyi videonu göstərib. B.İşcil boşanma ərizəsində "həyat yoldaşıma görə işləyə bilmədim, mənə icazə vermədi" desə də, videoda əksini deyir.