Yaradıcı insanlar nə yeməyi xoşlayırdı? - Dahilərin menyusu

Yaradıcı insanlar nə yeməyi xoşlayırdı? -  Dahilərin menyusu
3659 dəfə oxunub
  • A-
  • A
  • A+

Deyirlər yaradıcı insanın yemək zövqü ayrı olur. Nə qədər dahisənsə, yeyib içməyin bir o qədər sadə olmalıdır. Aristotel deyirdi, dadlı nahardan sonra ortaya yaxşı əsərlər çıxır.

Bəs görəsən, dahilərin menyusuna nə daxil idi?

Axşam.az xarici mətbuata istinadən dahilərin sevdiyi qidaları təqdim edir:

Leonardo Da Vinçi- rəssam, alim

Onun sevimli yeməyi Minestrone şorbası imiş. Bu şprba bu gün də menyularda var. Tərkibində çuğundur, çukkini, kələm, paxla, parmezan pendiri, kök olur. Belə şorba bu tərkib beyin üçün əsl stimulyatordur. Da Vinçi uşaqlıqdan bu yeməyi sevir.

Fyodor Dostoyevski – dahi rus yazıçısı

Onun həmişə ovcunda qoz ləpəsi olardı. Arvadı Annadan tez-tez toyuq bişirməyi xahiş edər, toyuğu təzə isti südlə yeyərdi. Kürü və xardal isə sevimli qəlyanaltısı idi. Dostoyevski şərab da sevirdi.



Lev Tolstyor – rus yazıçısı

Tolstoy vegeterian idi. Nahara çox vaxt şi və çuğundur şorbası yeyərdi. O, çörəyin üzərinə bal çəkib, yulaflı südlə içməyi sevərdi. Süfrəsində də həmişə təzə xiyar olmalıydı. Ona görə onun romanları dahiyanə alınırdı, çünki xiyarda çoxlu orqanik su var. Bilirsizmi, yazıçı ona şöhrət gətirən “Hərb və Sülh” romanını yazdığı ərəfədə daha çox nə yeyirdi? Sparja. Özü də onu çiy, bişmiş yeyirdi.

Aleksandr Puşkin – dahi şair

Onun menyusu lap nağıllardakı kimi zəngindir. Dadlı, doyumlu, bahalı yeməkləri sevirdi. Ən çox sobada kartof, alma, oladye, ispanaqlı kotlet, şavel xoşlayırdı. Onun şərəfinə saraylarda həmişə dadlı ziyafətlər təşkil olunardı.



Mixail Lomonosov – alim

Şimal qanına sadiq bu insan duzlu  treska, qızılbalıq, kilkəni sevərdi. Səhərlər mütləq düyü sıyığı yeyərdi. Ən sevimli yeməyi turş Şi idi. Lomonosov hətta II Yekaterinanın sarayına qonaq gedəndə də kraliça hörmət əlaməti olaraq, alim üçün saray aşpazına xüsusi Şi bişirtdirmişdi.

Salvador Dali – dahi rəssam

O, yeməkdə də orijinallığı ilə seçilirdi. Hər yeməyi bəyənməzdi. Səhər yeməyində dəniz kirpisi, qara çörək üstündə kərə yağı yer alırdı. Sarımsaq şorbasını xoşlayırdı. Rus arvadı Qalanın sayəsində də qara kürüyə vurulmuşdu.

Stiv Cobs- dahi ixtiraçı

Əsl veqan idi. Bütün günü köklə qidalanırdı. Hətta çayı da bağçasında yetişdirdiyi bitkilərdən dəmləyirdi. Mağazadan ərzaq almazdı.