Mehriban Əliyeva baş katibilə görüşüb - fotolar

Mehriban Əliyeva baş katibilə görüşüb - fotolar
1126 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb. 

Axşam.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin böyük potensialının olduğunu vurğulanıb. Ölkələrimizin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirilib. Bu ilin noyabrında Gəncə şəhərində keçiriləcək və regionlararası əməkdaşlığa həsr olunacaq Azərbaycan-Fransa Forumunun əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Azərbaycanın birinci xanimi Mehriban Əliyeva Fransanın bu münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.
Prezident Administrasiyasının baş katibi Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirilib.

Görüşdə Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulanıb və onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirilib.