Müğənni cinsi azlıqlara dəstək oldu - foto

Müğənni cinsi azlıqlara dəstək oldu - foto
7887 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yeşim Salkım LGBT (Lezbiyan, Gey, Biseksual, Transgender) üzvlərinə dəstək olmaq üçün kamera qarşısına keçib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ölkəsində ilk dəfə işıq üzü görən, cinsi azlıqlar üçün nəzərdə tutulmuş jurnalın üz qabığına çəkilib. Fotoqraf Fatih Demirin lentə aldığı şəkildə Yeşimi model Mutlu Balıkçı müşayiət edib.

Müğənni müsahibəsində “LGBT üzvlərinin arxasındayam” deyib.

Qeyd edək ki, Yeşim Salkım 7 illik həyat yoldaşı Hakan Eratikdən bu yaxınlarda boşanıb.