Vasif Məhərrəmli bu ayaqqabısını 600 manata alıb

Vasif Məhərrəmli bu ayaqqabısını 600 manata alıb
6094 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli geyim stilindən danışıb.

Axşam.az-ın məlumatına görə, "ATV Maqazin" verilişinin kamerası qarşısına keçən sənətçi bəzi həmkarlarını yalançılıqda ittiham edib:

"Geyimin qiyməti önəmli deyil. Əsas odur onu daşıyan insanın özü bahalı, hörmətli və nüfuzlu olsun. Mən 1 manatlıq kostyum geyinsəm də yaxşı görünəcəm. İnsan bilsə ki, onu izləyən tamaşaçı ondan çox bilir, yalan danışmaz. Eləsi var ki, 5 minə pencək alır, yalandan deyir ki, "10 min manat vermişəm". Düz danışmaq lazımdır".

V.Məhərrəmli geyindiyi ayaqqabının qiymətini də açıqlayıb. O, İtalyan brendi olan ayaqqabısı üçün 600 manat ödəyib.