Sürücülük vəsiqəsi əlindən alınan qızdan qeyri-adi addım - fotolar

Sürücülük vəsiqəsi əlindən alınan qızdan qeyri-adi addım - fotolar
8128 dəfə oxunub
  • A-
  • A
  • A+

Texaslı tələbə Tara Monro polis tərəfindən sürücülük vəsiqəsi əlindən alındığı üçün maraqlı üsula əl atıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, yol polisi gənc qızı sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlayıb. Maşınsız qalan Tara özünə 60 dollara "Barbi-cip" alıb.

Atası ona velosiped təklif etsə də, qız bundan imtina edib. Uşaqlar üçün nəzərdə tutulmuş maşını alarkən satıcı "Uşaq hanı? Test eləmək üçün lazımdır" deyincə Tara uşağın özü olduğunu bildirib:

"Bu məşhurlaşmaq üçün ən yaxşı üsul oldu. Ümumiyyətlə, kollecdə təhsilim zamanı indiyə qədər ən yaxşı qərarım bu olub".

"Barbi-cip"lə şəhərdə gəzən qızın fotoları sosial şəbəkələrdə yayıldıqdan sonra o, əsl ulduza çevrilib. Avtomobil batareya ilə işləyir və sürəti saatda 8 kilometrdir.