Viktoriya Bonyanın arıqlama sirri

Viktoriya Bonyanın arıqlama sirri
5773 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aparıcı Viktoriya Bonya formada qalmağının sirrini açıqlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, ilk növbətə sağlam qidalanmağa üstünlük verdiyini bildirib:

"Əvvəlcə qida rasionumdan qırmızı əti çıxardım. Çoxlu balıq və toyuq əti yedim. 2 həftədən sonra veqetarian oldum. Çoxları elə düşünür ki, ətsiz yeməklərin seçimi az və dadsız olur. Tərəvəzlər və meyvələr vasitəsilə də gözəl dadlar əldə etmək mümkündür. Çia toxumları arıqlamaq üçün əla vasitədir. Onu badam südü ilə qatıb içmək gözəl dad verir. Meksikada çianı meyvə şirəsi ilə də qatırlar. Çianın tərkibi vitaminlərlə, kalsiumla zəngindir. O məni həm formada saxlayır, həm də orqanizmimi sağlam edir".