Məşhur cütlüyün qırmızı xalıda romantik anları - fotolar

Məşhur cütlüyün qırmızı xalıda romantik anları - fotolar
6214 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Conni Depplə aktrisa həyat yoldaşı Ember Herd Venesiya kinofestivalına qatılıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış cütlük “Danimarkadan olan qız” filminin premyerasına qatılıblar. Qırmızı xalıda bir-birindən bir an olsun belə ayrılmayan Conni ilə Emberd hər kəsin gözü önündə öpüşməkdən çəkinməyiblər. Aktyor hətta siqaret də çəkib.

Qeyd edək ki, “Danimarkadan olan qız” filmində rəssam-transseksual Eyner Veqenerin həyatından bəhs edilir. Ekran işində baş rollarda Eddi Redmeynlə Alisiya Vikander çəkiliblər.