"Yemək bişirə bilməyən xanımla evlənəcəm"

"Yemək bişirə bilməyən xanımla evlənəcəm"
4922 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” qalibi Eldar Qasımov şəxsi həyatından bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında sevgi acısından söz açıb:

“Sevginin xoşbəxt günlərində də acı yaşaya bilərəm. Acı xoşbəxtlikdən uzun çəkir. Amma ayrılanda bir ay pis olursan. Əsl sevgi yoxdur. İnsan öz həyatında həmişə daha vacibini seçməlidir. Mən səhnədəyəm, ömrümün sonuna kimi musiqi mənə əsas olacaq. Amma övladım dünyaya gələndə özümü onları böyütməyə həsr edəcəm. Musiqini uşaqla bir tutmağım mümkün deyil. Mən hər saniyə onun yanında olacam, necə böyüdüyünü görəcəm".

E.Qasımov bəyəndiyi xanım tipindən də danışıb:

“Ən böyük arzum odur ki, həyat yoldaşım xörək bişirməsin. Dostlarımın çoxu evlənib, xanımları dadlı yemək bişirir. Onlar artıq kökəlib. Bu da mənim xoşuma gəlməyən amildir. Həftədə bir dəfə pis yemək bişirsin. Deyirəm sarışın, qaraşın qız tapıram. Hündür xanım istəyirəm, alçaqboylu olur. Ona görə də istəyirəm ideal xanımım mətbəxdə vaxt keçirməyən olsun”.