Boyu həyat yoldaşından balaca olan kişi məşhurlar - siyahı+fotolar

Boyu həyat yoldaşından balaca olan kişi məşhurlar - siyahı+fotolar
10400 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmişdə qadınların gələcək ərlərini hündürboylu təsəvvür etməsi artıq tarixə qovuşub.

Müasir dövrdə boyun heç bir əhəmiyyətinin olmadığını göstərən çoxlu nümunələr var. Belə cütlüklərə məşhurlar arasında da rast gəlmək mümkündür.

Axşam.az Türkiyə mediasına istinadən həmin siyahını təqdim edir.

Avril Lavinin keçmiş həyat yoldaşı Derk Uibli bir müddətdir birlikdə olduğu model Ariana Kuper ilə bu yaxınlarda evlənib. Uiblinin boyu 163, həyat yoldaşının isə 173 santimetrdir.



Aralarındakı boy fərqini veclərinə almayan, amma hər zaman buna görə diqqət çəkən cütlüklərdən biri də Ceymi Kullumla (163) Sofi Dahldır (180).



Keçmiş musiqiçi Od Styuartın (160) model həyat yoldaşının boyu 180 santimetrdir.



Tom Kruz da hər zaman özündən hündür qadınlarla evlənib. Aktyorun boyu 172 santimetrdir. keçmiş həyat yoldaşlarından biri Nikol Kidman isə 180 santimetrdən daha hündür idi



Kruzun bir müddət əvvəl boşandığı Keti Holms da aktyordan az da olsa hündür idi. 175 santimetr boyu olan aktrisa dikdaban ayaqqabl geyinəndə bu fərq bariz görünürdü.



Set Qrin (160 sm) də həyat yoldaşı Kler Qrantdan (180 sm) gözəçarpacaq dərəcədə balacadır.



Rejissor Roman Polanski ilə həyat yoldaşı Emmanuelle Seigner arasında da boy fərqi diqqət çəkir. E.Seignerin boyu 180, Polanski isə 163 santimetrdir. Lakin bu onların xoşbəxt olmasına mane olmur. Polanski 82, Seigner isə 49 yaşındadır.



Formula 1-in rəhbəri Berni Ekklestounun keçmiş həyat yoldaşı Slavika Radik 188 santimetr hündürlükdədir. İş adamının boyu isə 159 santimetr idi.