Devid Bekhemin rəqibləri - video+fotolar

Devid Bekhemin rəqibləri - video+fotolar
1895 dəfə oxunub
  • A-
  • A
  • A+
Norveçin “Dressman” şirkəti maraqlı layihə hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, firma alt paltarı reklamına bu dəfə müxtəlif bədən ölçüsündə və görünüşdə olan adi insanları çəkib. Daha əvvəl Leonardo DiKaprio, Kriştiano Ronaldo, Devid Bekhem kimi ulduzların çəkildiyi reklamda bu dəfə müxtəlif yaş kateqoriyasından olan adamlar özlərini model kimi sınayıblar.

Şirkətin direktoru Yens Bonesmo bildirib ki, bu addım həmin insanlarda özünəinam hissini daha da gücləndirib və moda aləmindəki stereotiplər dağıdılıb:

“Bu, reallıqdır. Çəkilişdə iştirak edən hər bir insan möhtəşəmdir”.

Qeyd edək ki, brendin daha əvvəlki reklamlarında belə bir şüar səslənirdi: “Möhtəşəm bədənlər və Devid Bekhem üçün alt paltarları”.