Ekspress pəhriz - 2 həftəyə 8 kiloqram arıqla

Ekspress pəhriz -  2 həftəyə 8 kiloqram arıqla
11526 dəfə oxunub
  • A-
  • A
  • A+

Gündəlik rasiona təqdim olunan formada əməl etmək vacibdir.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, pəhriz zamanı 3 əsas qaydaya əməl et:

1. Yeməyi əvvəlcədən hazırlayıb, soyuducuda saxlayın.
2. Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə ehtiyatlı olun, gündə 1 ədəd bəs edər.
3. Əgər yeməyin qədəri yazılmayıbsa, onu istədiyiniz miqdarda yeyə bilərsiniz.

İlk gün:
Səhər:
Axşamdan yoqurtda isladılmış yarma (myusl), 3 ədəd qara gavalı.

Nahar: Suda bişmiş qəhvəyi düyü, 4 ədəd (çerri) pomidor, 6 ədəd qoz.

Şam: 75 qram buxarda bişmiş qızıl balıq.  

II gün:
Səhər:
üzərinə 1 xörək qaşığı yağsız yoqurt tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu.

Nahar: 40 qram kəpəkli undan hazırlanan bulka, yağsız pendir, 1ədəd naringi.

Şam: 75 qram suda bişmiş hinduşka filesi, tavada qızardılmış göbələk və brokkoli.

III gün:
Səhər:
Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal.

Nahar: Bir dilim yağsız toyuq kolbasası, 1/3 avakado, kərəviz.

Şam:  Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər.

IV gün
Səhər:
2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fısdıq.

Nahar: Tərəvəz şorbası, göyərti salatı.
 
Şam: Buxarda bişmiş balıq kotleti, kələm salatı.

V gün:
Səhər:
1 dilim kəpəkli çörək, cem, ½ qreypfrut.

Nahar: Buxarda bişmiş kabaçok və badımcan, pomidor və xiyar salatı.

Şam: Üzərinə 75 qram zeytun yağı tökülmüş, dəniz məhsullarından hazırlanan salat.

VI gün:
Səhər:
blenderdən keçirilmiş kivi, banan və 2 xörək qaşığı yoqurt. 4 ədəd qoz.

Nahar: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı.

Şam: suda bişmiş qara düyü, üzərinə limon şirəsi tökülmüş göyərti salatı.

VII gün:
Səhər:
suda bişmiş yulaf, yağsız yoqurt.

Nahar: kəpəkli çörək, suda bişmiş yumurta, pendir və göyərtidən hazırlanan sendviç.

Şam: Buxarda bişmiş göbələk, kök və kabaçok, 1 dilim toyuq filesi.

İkinci həftə də eyni menyunu davam etdirmək lazımdır.