Müğənni özünə bahalı hədiyyə bağışladı (Foto)

Müğənni özünə bahalı hədiyyə bağışladı (Foto)
1746 dəfə oxunub
  • A-
  • A
  • A+
“Şeron” qrupunun keçmiş üzvü, müğənni Yaşar Yusub özünə bahalı  hədiyyə bağışlayıb.
Müğənni axşam.az saytına açıqlamasında Yeni ildə “BMW” X5 markalı avtomobil aldığını deyib:

“Çoxdandır avtomobilimi dəyişmək istəyirdim. Yeni il ərəfəsi həm arzumu reallaşdırdım, həm də özümə hədiyyə etdim” deyən Yaşar bu il sənəti ilə bağlı yeniliklər də edəcək.
Ötən ilin aprel ayında ilk albomunu konsert formasında təqdim edən Yaşar bu il də ənənəsinə sadiq qalacaq:

“Bu ideyanı şou-biznesdə ilk dəfə mən etmişəm. Bütün mahnıları musiqi alətlərinin müşayəti ilə canlı ifa etdim. Məndən sonra sənətçi dostlarım bunu təkrarladı. Amma hələ ki, musiqi alətləri müşayətində canlı ifa edən olmayıb. Hazırda yeni albom üzərində çalışıram. Aprel ayında bu albomu da konsert formasında təqdim edəcəyəm. Bu yaxınlarda son vaxtlar hitə çevrilən
“Yaşandı bitdi” mahnısına klip çəkdirəcəyəm”.

Yaşar həmçinin yaxın günlərdə ata olmağa hazırlaşdığını da bildirib.