"Eurovision 2014"ə yenə o gedəcək

"Eurovision 2014"ə yenə o gedəcək
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Gələn ilin mayında Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində San Marinonu yenidən Valentina Monetta təmsil edəcək.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildirilib ki, San Marinonun İctimai Teleradio yayımı (SMRTV) artıq Valentina Monettanın ölkəni “Eurovision-2014” yarışmasında təmsil edəcəyinə dair ilkin razılaşmanı imzaladığını təsdiqləyib.

Valentina Monetta 2012-ci il Bakı şousunda “The Social Network Song” (“OH OH–Uh–OH OH”) mahnısını, “Eurovision-2013” mahnı müsabiqəsində isə “Crisalide (Vola)” mahnısını oxumuşdur.