İzzət Bağırovdan radiolara qadağa

İzzət Bağırovdan radiolara qadağa
1092 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov son vaxtlar hökm sürən susqunluğunu pozmaq niyyətindədir.

Axşam.az-ın məlumatına görə, müğənni 10 yeni mahnı hazırlayır. Sənətçi mahnılarını ilk dəfə albomla birlikdə təqdim edəcək.

“Mahnıları radioya verəndə oğurlayıb, disklərə yazıb satırlar. Beləcə albomun eksklüzivliyi qalmır. Mən də qərara gəldim ki, heç bir radioya mahnı verməyim, efirlərdə oxumayım” deyən İzzət “piratçılığ"a qarşı mübarizəyə qalxıb.

Müğənninin yeni albomunda Gövhər Həsənzadə, Tunar Rəhmanoğlu, Hacı Nazim kimi bəstəkarların mahnıları yer alacaq.