Ülviyyə Könül: "Səhhətimdə heç bir problem yoxdur"

Ülviyyə Könül: "Səhhətimdə heç bir problem yoxdur"
1583 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mənim səhhətimdə heç bir problem yoxdu. Guya sağlığımda problemlərin olması ilə bağlı yayılan bu xəbər həqiqətə uyğun deyil. Mən son iki-üç ildə heç qrip də olmamışam. Sadəcə qızım Amerikada təhsil aldığı üçün tez-tez bu ölkəyə gedərək dostlarıma baş çəkirəm”.

Bu sözləri Axşam.az saytına açıqlamasında rejissor Ülviyyə Könül deyib.

Daha sonra builki planları haqda danışan rejissor yeni film və klip çəkilişlərindən söz açıb:

“İndidən yeniliklər barəsində danışmaz istəməzdim. İl təzə başlayıb. Ancaq onu deyə bilərəm ki, yeni klip, bədii film və serial çəkilişləri olacaq”.