Bəhram Bağırzadə qadınlar haqda kitab yazır

Bəhram Bağırzadə qadınlar haqda kitab yazır
962 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qadınlar haqda kitab yazıram. Amma bununla bağlı hələlik geniş informasiya vermək istəmirəm. Çünki kitab hələ tam olaraq hazırlanmayıb. Təxminən bir aydan sonra bu haqda məlumatınız olacaq".

Bu sözləri Axşam.az saytına açıqlamasında aktyor Bəhram Bağırzadə qadınlar haqda yazdığı yeni kitabından danışarkən söyləyib.

Yeni filmlərdəki rollarından bəhs edən aktyor çəkildiyi iki filmin təqdimatının gözlənildiyini deyib:

“Fevralda çəkildiyim "Баку, я люблю тебя! (“Bakı, mən səni sevirəm!”) filminin təqdimatı gözlənilir. Bu film 10 seriyadan ibarətdi. Hər bir seriyası 9 dəqiqə olan filmin “Həyət” adlanan bölümündə rol almışam. Həmin bölümün rejissoru isə Nadir Maçanovdu. Yuliya Qusmanın rejissorluq etdiyi «Не бойся, я с тобой» (“Qorxma mən səninləyəm”) filminin təqdimatı isə mayda olacaq”.

Nigar MƏHƏRRƏM