"Bütün xərcləri dostlarım ödəyəcək"

"Bütün xərcləri dostlarım ödəyəcək"
823 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Əbdül Xalid yeni albom hazırlayır.

Müğənninin axşam.az saytına verdiyi məlumata görə, yeni albomun hazırlıqları Amerikada olacaq:

“Mahnılar burada yazılsa da, Amerikada hazırlanacaq. Albom isə Moskvada işıq üzü görəcək. Yaxın günlərdə şəhərin bütün bilbordlarında albomla bağlı reklamlar gedəcək. Bütün bu işlər o qədər də ucuz başa gəlmir. İlk konsertimdə mənə dəstək olan dostlarım bu dəfə də albomun xərclərini ödəyəcək”.

Müğənni albomda hit olacağına inandığı mahnıya klip də çəkdirəcək.