Reper Qurd Nabranda konsert verəcək

Reper Qurd Nabranda konsert verəcək
5183 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper Qurd solo konsert verəcək.

Axşam.az-ın məlumatına görə, sənətçinin konserti iyulun 13-də, saat 20:00-da Nabranda “Atlant” ailəvi istirahət və əyləncə mərkəzində baş tutacaq. Gecədə Qurdla bərabər müğənni Rəhim Rəhimli, Roza Zərgərli, reper Nadir Nəğd Pul və dicey Çina da iştirak edəcək.

Qurdun köməkçisi Cavid Rəbbaninin təşkilatçılığı və Kulerin baş sponsorluğuyla baş tutacaq konsertin informasiya dəstəyi Axşam.az saytıdır. Biletləri “Atlant”dan əldə edə bilərsiniz.

Əlavə məlumat üçün (055) 626 25 52 nömrəsiylə əlaqə saxlamaq mümkündür.