Klintondan azərbaycanlı deputatın qızına təşəkkür məktubu

Klintondan azərbaycanlı deputatın qızına təşəkkür məktubu
5808 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı dizayner Mənzər Hacıyevanın hazırlaığı kələğayı ABŞ-ın sabiq dövlət katibi Hillari Klintona hədiyyə edilib.

Axşam.az lent.az-a istinadən xəbər verir ki, bu barədə M.Hacıyeva "Moskva-Bakı" portalına müsahibəsində bildirib. Gənc dizayner müshaibəsində yaradıcılığı, gələcək layihələri, eləcə də onun yaratdığı məhsulların hansı məşhurların qarderobunu bəzədiyi haqqında danışıb.

"Bizim kəlağayıda ilk dəfə məşhur italiyalı aktrisa Ornella Muti olub. Yaylığı ona Bakıya səfəri zamanı hədiyyə ediblər və bizə bildirdilər ki, o, bu yaylığa heyran olub.

Bundan başqa, biz Lara Fabian, eləcə də opera divası Anne Netrebkoya nar və öz adlarının baş hərfləri ilə yaylıq hədiyyə etmişik. Bizim yaylığı amerikalı siyasətçi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun da üzərində görmək olar. Biz onun üçün eksklüziv məhsul hazırlamışıq və Azərbaycanın adından ona hədiyyə etmişik. Hillari Klinton bizə məktubunda hədiyyəyə görə təşəkkür edib və brendimizə uğurlar arzulayıb" - deyə, dizayner Mənzər Hacıyeva müsahibəsində bildirib.

Qeyd edək ki, M.Hacıyeva Milli Məclisinin keçmiş deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır.