Moskvanın məşhur teatrı Bakıya gəlir

Moskvanın məşhur teatrı Bakıya gəlir
629 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvanın “Dərviş” Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, “Dərviş” teatrı xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə “Gülüstan” poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.

Oktyabrın 21-də təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru “Dərviş” teatrının bədii rəhbəri, əməkdar artist Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir.
 
Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili çıxış edəcək.