Sabah yağış yağacaq

Sabah yağış yağacaq
1545 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verib.

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın tutululacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 10-13, gündüz 15-18 dərəcə, Bakıda isə gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-metereoloji məlumata əsasən, oktyabrın 21-23-də Abşeron yarımadasında əksər metereoloji amillərin mülayim tərəddütü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütübətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.