"Onlar məni həzm edə bilmirlər" - fotosessiya

"Onlar məni həzm edə bilmirlər" -  fotosessiya
5104 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli yeni fotosessiyasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, "Günah" adlı mahnısını da sevənlərinin ixtiyarına verən ifaçı yeniliklərindən danışıb:

"Hər mahnının öz obrazı, öz nəfəsi var. Mən daha da gözəl fotosessiya elətdirərdim. Amma düşündük ki, məhz bu imic uyğundur. Ümumiyyətlə, hər kəs bilir ki, mən şəkil çəkdirmək dəlisiyəm. Nə qədər çox çəkdirsəm, əhvalım o qədər gözəl olar. Bütün fotosessiyalarımın sonunda yorulmaq əvəzinə, güc alıram. Bir çoxları imicimi bəyənir. Əksini deyənlər də var. Onlar məni həzm edə bilməyənlərdir". 

Fotosessiyanın müəllimi Fərhad Əhmədovdur. Sənətçinin obrazı üzərində stilist Elnur Həsənov çalışıb.