Heydər Əliyev Mərkəzi belə işıqlandırılacaq - foto

Heydər Əliyev Mərkəzi belə işıqlandırılacaq - foto
1441 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 24-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin binası Birləşmiş Millətlər Təşkilatının (BMT) 70-ci ildönümü münasibəti ilə BMT-nin mavi rəngi ilə işıqlandırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə BMT-nin Bakı ofisi məlumat yayıb.

Dünyanın 45-dən çox ölkəsində 150-dən artıq rəmzi abidə və binaların işıqlandırılacağı "Dünyanı BMT-nin mavi rənginə boya" qlobal kampaniyası Azərbaycanda BMT-nin Ölkədəki Nümayəndəliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə keçiriləcək.