Brilliant yenə konsert verəcək

Brilliant yenə konsert verəcək
1026 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova yenidən konsert verəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV maqazin” verilişinə açıqlamasında deyib.
Yay konserti ilə çıxış edəcək müğənni repertuarında dəyişikliyə əl atıb:

“Hazırda bağ evimdə konsert üçün yeni mahnılar hazırlayırıq, məşqlər edirik. Bu, sırf yay konserti olacaq. Ona görə də fərqli, daha şən mahnılar hazırlayıram. Konsertin vaxtı hələ ki, dəqiqləşməyib, amma maraqlı alınacağına inanıram. Repertuarıma köhnə bəstələrlə yanaşı, yeni mahnılar da daxil edirəm”.