Moskvada Fikrət Qocanın yubileyi keçiriləcək

Moskvada Fikrət Qocanın yubileyi keçiriləcək
636 dəfə oxunub
  • A-
  • A
  • A+
Oktyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 80 illik yubileyi Moskvada qeyd olunacaq.

Axşam.az-ın məlumatına görə, AYB-dən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Rusiyadakı səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə tədbir Mərkəzi Yazıçılar Evində keçiriləcək.

Xalq yazıçısı, AYB-in sədri Anar, Moskva Yazıçılar Birliyinin üzvləri, Rusiyanın tanınmış qələm adamları tədbirdə iştirak edəcəklər.

Tədbirdə xalq artistləri - Mələkxanım Əyyubova və Azər Zeynalov Fikrət Qocanın sözlərinə yazılmış mahnıları ifa edəcəklər, Əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.