Danimarkanın üç şəhəri “Eurovision-2014”ün ev sahibliyinə iddialıdır

Danimarkanın üç şəhəri “Eurovision-2014”ün ev sahibliyinə iddialıdır
705 dəfə oxunub
  • A-
  • A
  • A+
Gələn ilin mayında Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinə ev sahibliyi etməyə bu ölkənin beş şəhəri - Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens iddialı olub.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildiriblər ki, onlardan Olborq şəhərdəki otellərin həcminə görə bu siyahını artıq tərk edib.

Frederisiya isə Danimarka Radioyayımının şounun sütunsuz məkanda keçirilməsi tələbinə cavab verə bilməyəcəyindən iddiasından əl çəkib.

Hazırda üç şəhər - Kopenhagen, Herninq və Horsens şəhərləri mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdır. Kopenhagendə iki dəfə - 1964 və 2001-ci illərdə yarışma keçirilib, sonuncusu tamaşaçıların çoxluğu ilə tarixə düşüb.

“Eurovision-2014” mahnı müsabiqəsinin mayın 13-də, 15-də və 17-də keçirilməsi nəzərdə tutulub.