Azərbaycanın qədim paytaxtlarına infotur təşkil ediləcək

Azərbaycanın qədim paytaxtlarına infotur təşkil ediləcək
871 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyi noyabrın sonu dekabrın əvvəllərində Bakı, Şamaxı, Qəbələ, Gəncə və Bərdəyə infotur təşkil edəcək.

Axşam.az-ın məlumatına görə, bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov məlumat verib. Onun sözlərinə görə, növbəti səfər "Azərbaycanın qədim paytaxtları" adlanacaq və 5 şəhəri əhatə edəcək:
 
"Belə səfərlərin təşkil edilməsinin məqsədi Azərbaycanın qədim tarixi, keçmişi, mədəniyyəti barəsində ətraflı məlumatın verilməsi və təbliğatın aparılmasıdır".