Sabah yağış yağacaq

Sabah yağış yağacaq
1237 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verib.

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacağı, arabir tutulacaği gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.