Xalq artistinin 100 illik yubileyi keçiriləcək

Xalq artistinin 100 illik yubileyi keçiriləcək
442 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli kinooperator və rejissor, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.

Elm, mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların, media və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Cavanşir Məmmədovun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi də nümayiş etdiriləcək.