Azərbaycanlı aktyorlar əcnəbilərlə eyni səhnədə

Azərbaycanlı aktyorlar əcnəbilərlə eyni səhnədə
595 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
 
Axşam.az-ın məlumatına görə, tamaşada aparıcı obrazlardan biri Violettanı əməkdar artist İnarə Babayeva, Alfredi Fərid Əliyev canlandıracaq.

Onlarla yanaşı tamaşada xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artist Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor Qrevil) çıxış edəcəklər.
 
Teatrın rəhbərliyi “Traviata” operasının tamaşasında çıxış etmək üçün Almaniya və Ukraynalı sənətçiləri qastrola dəvət olunub.

Belə ki, azərbaycanlı opera sənətçiləri ilə birlikdə Ukrayna Milli Operasının aparıcı solisti, əməkdar artisti Dmitri Qrişin tamaşada Jermon rolunu ifa edəcəkdir.
 
Opera tamaşasını Almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok idarə edəcək.